Peşəkar tibbi yanaşma
Uzman Dr. Sait Mercan beyin və onurğa cərrahiyyəsi sahəsində uzun illər beynəlxalq təcrübəyə malik peşəkar neyrocərrahdır. Türkiyənin qabaqcıl tibb müəssisələrində aldığı ixtisas təhsili və çalışdığı klinikalarda qazandığı zəngin praktiki təcrübə ilə mürəkkəb neyrocərrahi əməliyyatların icrasında yüksək peşəkarlıq nümayiş etdirir. Xüsusilə beyin şişləri, onurğa patologiyaları, hipofiz cərrahiyyəsi və neyrotravmaların müalicəsində geniş təcrübəyə sahibdir.
Tibb təhsilini tamamladıqdan sonra 2015–2020-ci illərdə Türkiyənin ən nüfuzlu tibb mərkəzlərindən biri olan Ankara Hacettepe Universiteti Xəstəxanasında “Beyin və Onurğa Cərrahiyyəsi” üzrə uzmanlıq təhsili almışdır. Daha sonra 2020–2021-ci illərdə Ankara Memorial Hospital-da uzman neyrocərrah olaraq fəaliyyət göstərmiş, mürəkkəb beyin və onurğa əməliyyatlarında iştirak etmişdir.
Dr. Sait Mercan beynəlxalq neyrocərrahiyyə sahəsində tanınmış təşkilatların üzvüdür:
Türk Beyin və Onurğa Cərrahiyyəsi Dərnəyi (TND)
European Association of Neurosurgical Societies (EANS)
İxtisaslaşdığı sahələr
Endoskopik kəllə əsası və hipofiz cərrahiyyəsi
Beyin və spinal (onurğa) şişlərinin cərrahiyyəsi
Onurğa cərrahiyyəsi və spinal fiksasiya əməliyyatları
Beyin anevrizmaları və damar patologiyaları
Kəllə-beyin və onurğa travmaları
Periferik sinir cərrahiyyəsi
Bel yırtığı və boyun disk yırtığı əməliyyatları
Uşaq neyrocərrahiyyəsi
Neyrotravma
Onurğa sınıqları və travmatik zədələnmələr
Karpal tunel sindromunun cərrahi müalicəsi
Hidrosefaliya xəstəliyinin açıq və qapalı üsullarla cərrahi müalicəsi
Endoskopik ventrikülostomiya əməliyyatları
Trigeminal nevralgiya və hemifasial spazm əməliyyatları
Epilepsiya cərrahiyyəsi
Beyin qanamaları və damar malformasiyalarının cərrahi müalicəsi
Dr. Sait Mercan müasir neyrocərrahiyyə texnologiyalarından istifadə edərək xəstələrə yüksək səviyyədə diaqnostika və müalicə xidməti təqdim edir. Minimal invaziv və endoskopik əməliyyat metodlarına üstünlük verərək xəstələrin daha sürətli sağalmasına və gündəlik həyata qısa müddətdə qayıtmasına xüsusi önəm verir.
Əsas məqsədi hər bir pasiyent üçün fərdi yanaşma tətbiq edərək təhlükəsiz, effektiv və beynəlxalq standartlara uyğun müalicə təmin etməkdir.
Peşəkar məlumatlar
İş təcrübəsi:
2020–2021-ci illərdə Türkiyənin Ankara şəhərində yerləşən Memorial Hospital-da beyin və onurğa cərrahiyyəsi üzrə uzman neyrocərrah kimi fəaliyyət göstərmiş, mürəkkəb neyrocərrahi əməliyyatların icrasında və müasir cərrahi metodların tətbiqində geniş təcrübə qazanmışdır.
2021–2024-cü illərdə Türkiyənin Van Eğitim ve Araştırma Hastanesi xəstəxanasında uzman beyin və onurğa cərrahı kimi çalışaraq minlərlə xəstənin müalicəsində iştirak etmişdir. 2024–2026-cı illərdə isə Azərbaycanda Yeni Klinika-da uzman neyrocərrah kimi fəaliyyət göstərmişdir.