Laboratoriya avadanlığı

Cobas c311 Analizatoru

Milan Hospital laboratoriyasında istifadə olunan Cobas c311 cihazı müasir tam avtomatik biokimyəvi analiz sistemidir. Roche istehsalı olan bu avadanlıq qanda və digər bioloji nümunələrdə müxtəlif biokimyəvi göstəricilərin yüksək dəqiqliklə təyin olunması üçün nəzərdə tutulub.

Cobas c311 Analizatoru Aparat haqqında

Cobas c311 Analizatoru

Milan Hospital laboratoriyasında istifadə olunan Cobas c311 cihazı müasir tam avtomatik biokimyəvi analiz sistemidir. Roche istehsalı olan bu avadanlıq qanda və digər bioloji nümunələrdə müxtəlif biokimyəvi göstəricilərin yüksək dəqiqliklə təyin olunması üçün nəzərdə tutulub.

Cobas c311 cihazı gündəlik laborator analizlərin sürətli, stabil və etibarlı şəkildə aparılmasını təmin edir və müasir klinik laboratoriyalarda geniş istifadə olunur.

Cobas c311 ilə aparılan əsas analizlər
Qaraciyər funksiyası analizləri
Böyrək funksiyası analizləri
Qanda şəkər və diabet göstəriciləri
Lipid paneli
Elektrolit analizləri
HbA1c analizləri
Ferment və metabolik göstəricilər
Sidik və digər biokimyəvi testlər
Üstünlükləri
Yüksək dəqiqlikli nəticələr
Tam avtomatik analiz sistemi
Sürətli nəticə hazırlama imkanı
Geniş test menyusu
İnsan faktorundan yaranan səhv riskinin minimuma endirilməsi
Təcili nümunələrin prioritet işlənməsi imkanı

Cobas c311 cihazı saatda təxminən 300-ə qədər biokimyəvi test icra edə bilir və laboratoriyanın iş yükünü daha effektiv idarə etməyə imkan yaradır.

Texnologiyası

Cobas c311:

klinik kimya,
ISE elektrolit ölçmələri,
HbA1c analizlərini

bir platformada birləşdirən çevik laborator sistemidir. Sistem serum, plazma, sidik, tam qan və digər nümunələrlə işləyə bilir.

Milan Hospital
Milan Hospital tətbiq kimi açılsın Saytı telefonunuzda mobil app kimi qurun.